İslandiyada "TikTok"da yayılan trendə görə supermarketlərdə xiyarlar tükənib.
"Unikal" xəbər verir ki, "TikTok"da TikToker Loqan Moffittin geniş yayılmış rəndələnmiş xiyar, küncüt yağı, sarımsaq, düyü sirkəsi və çili yağından ibarət salat reseptinə görə ölkədə xiyar qıtlığı yaranıb.
Bildirilib ki, fermerlər də artan tələbatla ayaqlaşa bilmirlər.
Zərifə Nağıyeva