Pavel Durovun “Embraer Legasy” markalı təyyarəsi Le Burje hava limanına enməyə 20 dəqiqə qalmış marşrutu dəyişməyə cəhd edib.
"Unikal" xəbər verir ki, bu, Flightradar 24-ün məlumatlarından irəli gəlir.
Telegram qurucusunun biznes-jeti kəskin şəkildə dönüb və planlaşdırılan eniş vaxtından 20 dəqiqə əvvəl Fransa paytaxtından uzaqlaşmağa başlayıb. Təyyarə İtaliya ilə sərhədə doğru istiqamət almağa başlayıb, lakin bundan sonra təyyarə Paris hava limanına gedən dəhlizə qayıdıb.
Ehtimal olunur ki, Pavel Durov fransızların onu həbs edəcəyi xəbərini alıb və təcili olaraq Fransa hava məkanını tərk etmək qərarına gəlib. Lakin göyərtəsində olanlar təyyarənin qonşu ölkəyə uçmaq üçün kifayət qədər yanacağının olmadığını başa düşüblər və ya aviadispetçerlər pilotları əvvəlki kurslarına qayıtmağa məcbur ediblər.