Bu gün Pakistanın Bəlucistan əyalətində törədilmiş terror aktını şiddətlə qınayır, həyatını itirənlərə Allahdan rəhmət, yaxınlarına isə başsağlığı diləyirik.
"Unikal" xəbər verir ki, bu ifadələr Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) Pakistanda törədilən terror aktı ilə bağlı bəyanatında yer alıb.
Bəyanatda bildirib ki, Türkiyə terrorla mübarizədə dost və qardaş Pakistan hökuməti və xalqı ilə tam həmrəydir.