ABŞ-ın sabiq prezidenti Donald Tramp Ukrayna və Rusiya arasındaki gərginliklə bağlı danışıb.
“Unikal” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Tramp Ukraynanın Rusiya ərazisində irəliləməsinin dünya müharibəsinə səbəb ola biləcəyini irəli sürüb.
Qeyd edək ki, o, açıqlamasında "Ukraynada baş verənlərə baxın. Rusiya ərazisində irəliləyirlər. Üçüncü dünya müharibəsi olacaq" ifadələrindən istifadə edib.
Fidan Nuriyeva