Rüstəm İbrahimbəyov vahid namizəd ola bilmədi
20:06 20-06-2013
İQTİSADİYYAT
Rüstəm İbrahimbəyov vahid namizəd ola bilmədi
Müsavat onun Bakıya qayıdışını tələb edir
Milli Şuranın iyunun 21-ə təyin edilən sessiyasında Rüstəm İbrahimbəyovun prezidentliyə vahid namizədliyi məsələsi gündəliyə salınmayıb. Bu barədə Milli Şuranın üzvü Zəfər Quliyev məlumat verib. Onun sözlərinə görə, Milli Şuranın ikinci sessiyasında bu məsələ müzakirə olunmayacaq.
"Milli Şuranın iyunun 21-ə təyin olunan sessiyasında bir çox məsələlər müzakirə olunacaq. İndidən qeyd edim ki, sessiyada mətbuat üçün kifayət qədər maraqlı məlumatlar veriləcək. İndiki mərhələdə sessiyaya hazırlıq gedir. Rüstəm İbrahimbəyovun namizədlik məsələsi sessiyanın gündəliyinə salınmayıb"-deyə Z.Quliyev bildirib.
Qeyd edək ki, Milli Şura yenicə yaranmasına baxmayaraq, bir çox müxalifət liderləri Rüstəm İbrahimbəyova dəstək verərək onun namizədliyini irəli sürüb. Xəbər verdiyimiz kimi, Azərbaycan Liberal Partiyası R.İbrahimbəyovun namizədliyini irəli sürüb. Esk-spiker Rəsul Quliyev də seçkilərdən imtina edərək Milli Şura sədrinin namizədliyini dəstəkləyib. Amma ekspertlər hesab edir ki, Rüstəm İbrahimbəyovun vahid namizəd olaraq qəbul olunmasını məhz Müsavat əngəlləyib. Bildirilir ki, Müsavat şərt qoyub ki, Rüstəm İbrahimbəyovun vahid namizəd olma məsələsi yalnız o ölkəyə qayıdandan sonra müzakirə oluna bilər. Buda qeyd olunur ki, Rüstəm İbrahimbəyovun geri qayıtması məsələsidə hazırda mürəkkəb olaraq qalır. Çünki o dəfələrlə bəyan edib ki, ölkəyə gəlməkdən qorxur və buna görə planlarda dəyişə bilər. Xatırladaq ki, Rüstəm İbrahimbəyov Kinomotoqrafiya İttifaqının sədri olan zaman yeyintilərə yol verilib və vergidən yayınma halları ortaya çıxıb. Buna görə də hazırda istintaq işi gedir və bu səbəbdən o ölkəyə gəlməyə risk etmir. Müşahidəçilər bildirir ki, hazırda AXCP sədri Əli Kərimli Lalə Şövkət Hacıyeva ilə danışıqlara başlayıb. Çünki Rüstəm İbrahimbəyovun gəlməməsindən Əli Kərimli narahatdır və ikinci variant olaraq Lalə Şövkət Hacıyevanın üzərində dayanıblar. Amma ekspertlər hesab edir ki, Müsavat partiyası tamam başqa yol tutub və qısa müddət ərzində Rüstəm İbrahimbəyov gəlməsə,İsa Qəmbər Milli Şuradan kənarda seçki hazırlığını davam etdirəcək. Bunun üçün isə Müsavat bir sıra partiyalarla ,o cümlədən KAXCP ilə danışıqlara başlayıb. Məqsəd İsa Qəmbəri müdafiə edəcək komandanı formalaşdırmaqdır. Hazırda bura Əhrar, Xalq partiyaları daxildir və KAXCP-in də bu sıraya qatılması gözlənilir. Ekspertlər bildirir ki, son günlər Müsavatla ADP arasında da danışıqlara start verilib. ADP iddia edib ki, Müsavat Milli Şuradan kənarlaşarsa prezident seçkilərində İsa Qəmbərə dəstək verə bilərlər.
Fuad
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53