8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev avqustun 27-də seçicilərlə məhəllə görüşləri keçirdi.
"Unikal" xəbər verir ki, Azay Quliyev öncə şəhid Rövşən İsmayılovun atası Məmmədağa İsmayılovu ziyarət etdi, qəhrəmanımızın yaşadığı Azadlıq prospekti 196/32 saylı binanın qarşısındakı xatirə abidəsinin üzərinə tər güllər düzdü.
Daha sonra A.Quliyev 8-ci mikrorayonun Azadlıq prospekti 186, N.Nərimanov küçəsi 85, 87a, 87b, 77, 81, Şövkət Məmmədov 7,11, İ.Dadaşov küçəsi 91, 91a, S.S.Axundov küçəsi 2, 4, 42 saylı binaların həyətində, park və söhbətgahlarda seçicilərlə görüşdü.
Seçicilər Azay Quliyevlə dəfələrlə keçirdikləri görüşləri xatırlayaraq onun hər zaman xalqın içində olduğunu xüsusi vurğuladılar və sentyabrın 1-də məmnuniyyətlə ona səs verəcəklərini qeyd etdilər.
Xoş münasibətə və dəstəyə görə seçicilərinə təşəkkür edən Azay Quliyev bundan sonra da seçicilərin etimadını doğrultmaq üçün var gücü ilə çalışacağını bildirdi.