Rusiyanın 22 regionunda Qərbi Nil qızdırmasına yoluxma halları qeydə alınıb.
"Unikal" xəbər verir ki, bu barədə Rospotrebnadzor məlumat yayıb.
"Bu günə qədər Qərbi Nil qızdırması 22 bölgədə qeydə alınıb", - məlumatda qeyd olunub.
Nəzarət qurumu əlavə edib ki, bu gün xəstələnmə səviyyəsi hər 100 min əhaliyə 0,08 təşkil edib ki, bu da uzunmüddətli orta göstəricidən 13% çoxdur. Rospotrebnadzor xatırladıb ki, xəstəlik riski olanlar arasında xroniki xəstəlikləri olan insanlar, eləcə də yaşlı insanlar var.
***12:05
Rusiya bölgələrində Qərbi Nil qızdırması hallarına yoluxma halı qeydə alnıb.
"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, virus Yaroslavl və Volqoqrad vilayətlərində aşkar edilib.
Ən çox yayılan epidemiya Tatarıstandadır, burada bir ay ərzində ümumilikdə 59 hadisə qeydə alınıb.
Qərbi Nil qızdırması ağcaqanadlar tərəfindən yayılır. Ən təhlükəli ağırlaşmalar xəstənin ölümünə səbəb ola biləcək meningitdir.
Gülayə Mecid