Tam taxıllı buğda rüşeymləri, brokoli və bəzi digər qidalar hüceyrə səviyyəsində qocalmanı dayandıraraq ömrü uzatan spermidin maddəsini ehtiva edir.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə britaniyalı immunoloqlar araşdırma aparıblar.
Məlumata görə, spermidinin sınaqları yalnız qurdlar və siçanlar üzərində aparılıb, lakin əldə edilən nəticələr artıq perspektivli adlanır. Ekspertlər hesab edirlər ki, maddə məhsuldarlığı artırır, yuxunu yaxşılaşdırır, bağırsaqların, ürəyin, beynin sağlamlığını gücləndirir, həmçinin dərini daha elastik edir.