Pekin Ukrayna böhranının diplomatik həllinin tərəfdarıdır və ABŞ-ni bu münaqişəyə görə məsuliyyəti Çinin üzərinə atmamağa çağırır.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van Yi deyib.
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla danışıqlar zamanı Çin Xarici İşlər Nazirliyinin rəhbəri xatırladıb ki, Çin həmişə Ukraynadakı münaqişə tərəflərini dinc danışıqlara çağırıb.
"Birləşmiş Ştatlar məsuliyyəti Çinin üzərinə atmamalı, qeyri-qanuni birtərəfli sanksiyalar tətbiq etməməlidir", - Van Yi deyib.