"Telegram"ın qurucusu Pavel Durov məhkəmə nəzarətində sərbəst buraxılıb.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, Paris prokurorluğunun qərarına əsasən, onun Fransa ərazisini tərk etməsi qadağandır və 5 milyon avro məbləğində girov ödəməlidir. Bundan əlavə, o, həftədə iki dəfə polis idarəsinə gəlməlidir.