Xəbər verdiyimiz kimi Türkiyənin Diyarbəkir şəhərində 8 yaşlı Narin Güran itkin düşüb.
"Unikal" Türkiyə mediasına istinadən xəbər verir ki, axtarışların davam etdiyi bir zamanda Türkiyəli iş adamı Ferit Kaya adlı şəxs avqustun 21-dən itkin düşən 8 yaşlı Narin Güranın yerini tapan və ya bildirənə 2 milyon lirə mükafat verəcəyini bildirib.
İş adamı "Narinin itkin düşməsi hamımızı dərindən təsirləndirdi. Ailəsinin onun girov müqabilində qaçırılmış ola biləcəyini düşündüyünü eşitdik. Biz də bu çətin vəziyyətdə Narinin ailəsinə dəstək vermək istəyirik. Narini tapan və ya yerini bildirən kəsə 2 milyon lirə (99 600 AZN) mükafat vermək qərarına gəldik. İnşallah Narin sağ-salamat tapılar və ailəsinə qovuşar. Allah kimsəyə övlad acısı yaşatmasın",- deyə bildirib.
Qeyd edək ki, aparılan araşdırma nəticəsində izlərdən birinin Narinin qardaşının özünə məxsus olduğu məlum olub. Digər izin isə Narinə aid ola biləcəyi ehtimal edilir.
Tibbi ekspertizanın rəyinin bu gün axşam saatlarında elan olunacağı gözlənilir.
Zərifə Nağıyeva