Türkiyənin Diyarbəkir şəhərində günlərdir itkin düşən 8 yaşlı Narinin axtarışları davam etdirilir.  

"Unikal" Türkiyə mediasına istinadən xəbər verir ki, azyaşlı qızın itkin düşməsi ilə bağlı yeni iddia səslənib.

Belə ki, qızın öz qardaşı tərəfindən qaçırıldığı bildirilib. Hüquq-mühafizə orqanları axtarışları zamanı qızın evlərinin yaxınlığında ayaqqabısını aşkarlayıb. Həmçinin, qardaşı D.S-nın qolunda diş izləri aşkar edilib. Oğlan özünü dişlədiyini bildirərək, bacısının itkin düşməsinə səbəb olmadığını ifadə edib. 

Bununla yanaşı, Narinin anası oğlu barəsində dediyi sözlə diqqət çəkib. O bildirib ki, oğlu hərbi xidməti başa vurub qayıtdıqdan sonra itlərinə zorakı hərəkətlər edirmiş. Qadının bu açıqlaması zamanı canlı yayım anidən kəsilib. 

Məsələyə münasibət bildirən təqaüdçü Polis rəisi açıqlamasında qızın qardaşını əsas şübhəli göstərərək, "Narin görməməli və ya şahid olmamalı bir şey görmüş ola bilər. Bəlkə də buna görə aradan götürülüb",- deyib.

Zərifə Nağıyeva