İsrail ordusu arxasında 5 ölü və böyük dağıntılar buraxdıqdan sonra Tulkerim şəhərindən geri çəkilib.

“Unikal” Türkiyə KİV-ə istinadən xəbər verir ki, İsrail qüvvələri 48 saat ərzində buldozerlərlə əsas yolları, içməli su və kanalizasiya şəbəkələrini dağıdıb, elektrik dirəklərini söküb, evləri söküb, maşınları yararsız hala salıb.

Qeyd edək ki, İsrail qüvvələri dünən, 30 saat sonra Tubasdakı əl-Fariya Qaçqınlar Düşərgəsindən geri çəkilib.

Fidan Nuriyeva