“Hafka”nın şirkəti ilə bağlı ilginc iddialar
20:48 21-06-2013
İQTİSADİYYAT
“Hafka”nın şirkəti ilə bağlı ilginc iddialar
“Baghlan Group”un nə qədər borcu olduğu da ortaya çıxdı
Məlum olduğu kimi, əsas sahibi “Hafka” ləqəbli tanınmış iş adamı olan Hafiz Məmmədovun yerli və çoxprofilli “Baghlan Group FZCO” şirkəti kredit reytinqi alıb. Standard & Poors Kredit Reytinqləri Xidməti bununla bağlı qeyd edir ki, ona “B” uzunmüddətli kredit reytinqi verilib, reytinqin dəyişmə proqnozu “sabitdir”.
“Biz “Baghlan” şirkətinin sahibkarlıq riskləri profilini “zəif”, maliyyə riski profilini isə “aqressiv” olaraq qiymətləndiririk”, ekspertlərin rəyi belədir.
Xatırladaq ki, Hafiz Məmmədovun şrkəti yük daşımaları, sərnişin daşımaları, inşaat, avadanlıq ticarəti və neft-qaz sektorunda işləyir (xüsusən, Xəzərdə Bahar və Qum-dəniz yataqları blokunu işləyən Bahar Energy limited şirkətində 66,67% pay iştirakına malikdir).
Ən maraqlısı isə beynəlxalq ekspertlərin “Hafka”nın holdinqinə verdikləri qiymətdir. Belə ki, “Baghlan Group” böyük müqavilələrdən asılı olan nisbətən kiçik şirkət kimi qiymətləndirilir və bildirilir ki, bu, onun reytinqinə mənfi təsir göstərir.
Məsələ burasındadır ki, həmin müqavilələrin şərtlərində istənilən dəyişikliklər “Baghlan Group”-ın gəlir və ya pul axını göstəricilərinə güclü təsir göstərə bilər.
Şirkət dövriyyə kapitalının xeyli dəyişməsi ilə bağlı riskə məruz qalıb (xüsusən, yol tikintisi layihəsi ilə bağlı), bu da pul axını və pula çevrilə bilmə qabiliyyəti göstəricilərini pisləşdirə bilər, baxmayaraq ki, tədarükçülərə ödənişlər debitor borclarının dinamikasından asılıdır. Bundan başqa, şirkət neft-qaz sektorunda yeni layihə həyata keçirməyə başlayır, bunun üçün böyük kapital xərcləri tələb olunacaq və onun həyata keçirilməsi müəyyən risklərlə bağlıdır.
Müəlliflərin fikrincə, “Baghlan Group”-ın təmərküzləşmiş mülkiyyət strukturu var, buna görə Azərbaycan biznesində və ya siyasi mühitində Hafiz Məmmədovun mövqeyinin dəyişməsi onun sabitliyinə təsir edəcək. Həmçinin “Baghlan Group” şirkətinin əsas fəaliyyətini həyata keçirdiyi Azərbaycanda biznesin aparılması ilə bağlı risklərə məruz qaldığı bildirilir ki, bu da kifayət qədər maraqlı iddiadır.
Daha bir diqqətçəkici iddia ondan ibarətdir ki, Azərbaycandakı mövcud sahibkarlıq mühiti “Baghlan Group”-ın əsas biznes sahələrinə girişi üçün maneələr yaradır, lakin gələcəkdə vəziyyət dəyişə bilər.
Yeri gəlmişkən, artıq “Hafka”nın şirkətinin borcu barədə də əldə real rəqəm var. Belə ki, ötən ilin dekabrın 31-nə olan məlumata görə, “Baghlan Group”-ın borc səviyyəsi 233 milyon manat olub; bu, çox yuxarı göstərici deyil, amma əsla aşağı göstərici də sayılmamalıdır.
Göründüyü kimi, beynəlxalq ekspertlərin rəylərində “Hafka”nın şirkətinin bugünki durumu ilə bağlı dolayı yolla ilginc təsbitlər var.
Xüsusilə sahibkarlıq mühitinin Hafiz Məmmədovun şirkətinin daha da böyüməsinə mane olması diqqətçəkicidir.
Ehtimal etmək olar ki, beynəlxalq ekspertlər bu qənaətə həm də “Bağlan Group”un rəhbərliyi ilə təmasları nəticəsində gəliblər. Yəni bu iddianı irəli sürərkən mümkündür ki, Hafiz Məmmədov və digər rəhbər şəxslərin mülahizələrinə söykəniblər. Belədə “Hafka”nın ölkədəki mövcud sahibkarlıq mühitindən məhz nəyə görə gileyli olduğu maraq doğurmaya bilməz.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53