Rusiya prezidenti Vladimir Putin heç vaxt əcnəbi həmkarlarına qarşı nəzakətsiz davranmağa icazə verməyib.
"Unikal" xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalist Pavel Zarubinə müsahibəsi zamanı bildirib.
Söhbət zamanı müxbir Peskovdan Ağ Evin sahibi Co Baydenin 2021-ci ilin martında ABC televiziya şirkəti üçün verdiyi müsahibəsində Putini “qatil” adlandırmasına münasibətini soruşub:
"İnanmaq çətin idi. Məsələn, mən şəxsən bunu ingilis dilində bir neçə dəfə nəzərdən keçirdim və düşündüm ki, bəlkə bu, tərcümə xətasıdır”, - Kremlin mətbuat katibi xatırladıb.
O qeyd edib ki, ingilis dilində qoşa mənalı sözlər kifayət qədər azdır. Eyni zamanda, Peskovun sözlərinə görə, hətta Amerika administrasiyası Baydenin işlətdiyi sözünün “fərqli mənaya” malik olması versiyasını yaymağa çalışıb.
"Ancaq orada hər şey aydın şəkildə deyildi", - Rusiya liderinin nümayəndəsi vurğulayıb.
O, həmçinin əlavə edib ki, Putin həmişə başqa dövlətlərin başçıları haqqında son dərəcə ehtiyatla danışır. Üstəlik, heç vaxt onlara qarşı kobud və ədəbsiz davranmağa icazə vermir.
“Əlbəttə, başqa dövlətlərin başçılarının, xüsusən də ABŞ rəhbərinin həmkarı haqqında danışarkən öz lüğətlərində bu cür sözlərdən istifadə etməsi onun üçün anlaşılmazdır”, - Peskov yekunlaşdırıb.
Gülayə Mecid