İngiltərə Premyer Liqasında 3-cü turun oynları keçirilir.

"Unikal" xəbər verir ki, bu gün Avropa Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibi olan "Tottenhem" səfərdə "Nyukasl"la qarşılaşıb. Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1.

"Çelsi" - "Kirstal Palas" matçında isə qalib müəyyənləşməyib - 1:1.

"Çelsi" - "Kristal Palas" - 1:1

Qollar: Cekson, 25 (1:1), Eze, 54 (1:1)

"Nyukasl" - "Tottenhem" - 2:1

Qollar: Barnes, 37 (1:0), Burn, 56-avtoqol (1:1), İsak, 78 (2:1)

"Tottenhem" bu mövsüm 1 qələbə, 1 məğlubiyyət və 1 heç-heçə ilə 4 xalla 10-cu pillədədədir. "Nyukasl" 7 xalla 3-cü, "Çelsi" 4 xalla 11-ci, "Kristal Palas" 1 xalla 16-cıdır.

Qeyd edək ki, "Qarabağ" "Tottenhem"lə sentyabrın 26-da səfərdə qarşılaşacaq.