Almaniya Bundesliqasında II tura yekun vurulub.
"Unikal" xəbər verir ki, çempionluğa əsas favoritlərdən sayılan “Bavariya” doğma meydanda “Frayburq”u qəbul edib. Görüş ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Münxen təmsilçisinin heyətində qolları Harri Keyn və Tomas Müller vurublar.
İlk turda da qalib gələn “Bavariya” 6 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.