ABŞ-dan Azərbaycana xoş mesaj
20:50 21-06-2013
İQTİSADİYYAT
ABŞ-dan Azərbaycana xoş mesaj
Bu qərbə bir mesajda ola bilər
Son bir ay ərzində gözlənilmədən Azərbaycan beynəlxalq təşkilatların hədəfinə gəldi. Demək olar ki, az qala hər həftə hansısa beynəlxalq qurum Azərbaycan əleyhinə bəyanatlar səsləndirməyə başladılar. Hətta nüfuzlu qurumlarda hazırladıqları hesabatlarda Azərbaycanı aşağılayacaq bəndlər əlavə etdilər. Ekspertlər bunu ümumilikdə Azərbaycan hakimiyyətinə qarşı qərəzlilik kimi dəyərləndirdilər və hesab edildi ki, bu yolla sadəcə olaraq təzyiqlər artırılır. Təzyiqlər isə iki məqsədlə həyata keçirilir.
Bir tərəfdən Azərbaycanın qərbin enerji təhlükəsizliyində aktiv iştirakı tələb edilir, digər tərəfdən isə erməni lobbisi Avropa ilə Azərbaycan əlaqələrini zədələməyə çalışır.Hətta iş o yerə çatıb ki, bu cür qərəzli hesabata müxalifət düşərgəsində olan Müsavat partiyasının üzvü Novella Cəfəroğluda sərt reaksiya verib. Novella Cəfəroğlu “Fredom Haus” təşkilatının hesabatını Azərbaycan üçün təhqir hesab edib və bunu kəskin şəkildə tənqid edib. Amma maraqlıdır ki, bu bəyanatların sırasında ABŞ Dövlət Departamentinin yaydığı hesabat fərqli oldu. Bunu da qeyd edək ki, Dövlət Departamentinin dini azadlıqlarla bağlı bir neçə ay öncə yaydığı bəyanatda qərəzliliyə yol verilmişdi və Azərbaycan tərəfi buna kəskin reaksiyasını verdi. Amma bu dəfə məsələ fərqli oldu. Belə ki, ABŞ-ın dövlət katibi Con Kerri Dövlət Departamentində 2013-cü il üzrə İnsan Alveri Haqqında Hesabatı geniş ictimaiyyətə təqdim edib. ABŞ-ın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, İnsan Alveri Qurbanlarının Müdafiəsi üzrə Qanunun (İAQMQ) tələblərinə müvafiq olaraq hesabat bütün dünya ölkələrindəki hökumətlərin müasir quldarlığa qarşı mübarizə istiqamətində həyata keçirdikləri fəaliyyətləri qiymətləndirir. Artıq on üçüncü buraxılış olan bu ilin hesabatına 188 ölkə və ərazi haqqında məlumatlar daxil edilib.
ABŞ-ın Azərbaycandakı səfirliyi insan alverinə qarşı mübarizə sahəsində əldə etdiyi tərəqqi və bu ilin hesabatına əsasən, ölkədəki vəziyyətin yaxşılaşdırılaraq 2-ci sıraya daxil edilməsi münasibətilə Azərbaycanı təbrik edib: “Bu tərəqqi, insan alverinin aradan qaldırılması ilə bağlı minimum standartlara əməl olunması istiqamətində Azərbaycan hökuməti və vətəndaş cəmiyyətinin üzvlərinin həyata keçirdikləri səylər nəticəsində əldə edilib. Hesabatda qeyd olunduğu kimi, Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində bundan sonra da, ciddi işlər görülməlidir. Birləşmiş Ştatlar bu məsələ ilə bağlı Azərbaycan tərəfi ilə işləməyə davam edəcək”.
Qeyd edək ki, hesabatda bütün ölkələr 3 səviyyəyə bölünür. Üçüncü səviyyə ölkədə traffikinq sahəsində problemlərin mövcudluğunu, ikinci səviyyə isə ölkənin bu sahədə müəyyən tərəqqi əldə etdiyini göstərir. Rusiya, Çin və Özbəkistan bu il tərtib olunan hesabatda ikinci sıradan üçüncü sıraya enib.
Ekspertlər hesab edir ki, ABŞ Dövlət Departamenti əslində bunu qərbin təzyiqlərini, həmçinin Rusiyanın praktik addımlarını zəiflətmək üçün belə addım atıb. Buda reallıqdır ki, son bir neçə ay ərzində ABŞ Azərbaycana daha çox yaxınlaşır və müxtəlif vaxtlarda ciddi tədbirlər həyata keçirilib. Müşahidəçilər hesab edir ki, ABŞ Dövlət Departamentinin bu hesabatı həm də qərbə bir mesaj oldu.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53