İspaniya çempionatının dördüncü turunda çempion "Real" "Betis"i qəbul edib. 

"Unikal" xəbər verir ki, italiyalı Karlo Ançelottinin rəhbərlik etdiyi komanda 2:0 hesabı ilə qalib gəlib.

La Liqada ilk qolları vuran 25 yaşlı fransalı hücumçu Kilian Mbappe dubl müəllifi olub.

Hazırda "Real" lider "Barselona"dan 4 xal geri qalaraq 8 xalla ikincidir. "Atletiko Madrid" və "Vilyarreal"ın da hərəyə 8 xalı var. "Betis" isə 2 xalla 17-cidir.

Ağarza Elçinoğlu