Türkiyənin Əskişəhər vilayətinin Seyitqazi rayonunda polis əməkdaşlarını daşıyan mikroavtobus leysan yağışı səbəbindən qəzaya uğrayıb. 

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb. 

Dərəyə yuvarlanan nəqliyyat vasitəsində olan 14 polis əməkdaşı və 1 sürücü yaralanıb.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Ağarza Elçinoğlu