AŞPA-da azərbaycanlılarla ermənilər görüşəcək
20:51 21-06-2013
İQTİSADİYYAT
AŞPA-da azərbaycanlılarla ermənilər görüşəcək
Səməd Seyidov: “Ermənistan tərəfi növbəti dəfə danışıqlardan qaçmasa, görüş baş tutacaq”
“Gələn həftə Strasburqda AŞPA-nın yay sessiyası çərçivəsində Azərbaycan və Ermənistan nümayəndə heyətinin görüşü planlaşdırılır”. Bu barədə Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov bildirib.“Əgər Ermənistan tərəfi növbəti dəfə danışıqlardan qaçmasalar, bu sessiya çərçivəsində iki ölkənin nümayəndə heyətinin görüşü planlaşdırılır”.
Onun sözlərinə görə, bu görüş AŞPA prezidenti tərəfindən təşkil olunacaq.Millət vəkili xatırladıb ki, bu ilin aprel ayında da belə bir görüşün keçirilməsi nəzərdə tutulsa da, Ermənistan nümayəndə heyəti görüşə gəlməyib: “Biz isə əlaqədən, hansısa dialoqdan, müzakirələrdən geri çəkilmirik. İndi Avropa Şurası Nazirlər Komitəsinə Ermənistan sədrlik edir. Buna görə Ermənistan danışıqlardan imtina etməməlidir”.S. Seyidov onu da qeyd edib ki, əgər Ermənistan nümayəndə heyəti yenə də belə bir görüşdən imtina etsə, onda Azərbaycan tərəfi bu məsələni AŞPA-da qaldıracaq.
Millət vəkili AŞPA prezidentinin adıçəkilən təşkilat çərçivəsində Dağlıq Qarabağ üzrə alt komitəsinin faktiki fəaliyyət göstərməməsi fikrinə də münasibət bildirib: “Hansısa bir qurumun mövcud olub-olmaması bizim üçün əhəmiyyət kəsb etmir. Bizim üçün əsas məsələ Dağlıq Qarabağ məsələsinin hər zaman gündəmdə qalmasıdır. Ona görə, hər hansı bir qurum uğrunda mübarizə aparmağın mənası yoxdur. Lakin ideya və mövqe uğrunda mübarizə aparmaq lazımdır”.Maraqlıdır bu görüşlər hansı nəticələr verə bilər? Müşahidəçilərin fikrincə əslində bu tip görüşlərdən hansısa nəticələr gözləməyə dəyməz. Çünki bu nümayəndə heyətlərinin heç bir səlahiyyəti olmur və aparılan danışıqlar xalq diplomatiyası ruhlu danışıqlardı və hansısa nəticə gözləməyə dəyməz. Amma bu tip görüşlərin sayını artırmaqla Azərbaycan Dağlıq Qarabağ məsələsinin AŞPA-da da tez-tez müzakirəsinə nail ola bilər ki, buda problemi qloballaşdırar. Xatırladaq ki, dəfələrlə bu məsələ AŞPA-da müzakirəyə çıxarılsada Ermənistan tərəfi buna təpki göstərmişdi. Maraqlıdır, bəs onda Ermənistan nümayəndə heyəti bundan öncə niyə görüşdən imtina etmişdi? Ekspertlər hesab edir ki, Ermənistan tərəfi bu cür görüşlərin sayının az olmasında maraqlıdırlar. Çünki bu görüşlərə mətbuatın marağı böyük olur və bu Azərbaycanın həqiqətləri ortaya çıxartmasına imkan yaradır. Ermənistan isə bununla heç cür razılaşmır. Əgər ermənilər bu dəfə də imtina etsələr bu Azərbaycanın maraqlarına cavab verəcək və bundan maksimal həddə yararlanmaq olacaq. Bunu da xatırladaq ki, Dağlıq Qarabağın erməni icmasıda azərbaycanlı icma ilə görüşdən iki dəfə qaçdı. Öncə razılaşmalar olsada son gündə ermənilər bunu mümkünsüz etdilər və Azərbaycan tərəfi bundan yararlanmağa nail oldu. Bunu da qeyd edək ki, öncələr xalq diplomatiyasının tərkib hissəsində ziyalıların,jurnalistlərində görüşü sistemli hal almışdı. Amma sonradan bunun da önəmsiz olduğu aydınlaşdı və demək olar ki, bu layihələrə son verildi. Sadəcə olaraq indi iki-üç aydan bir Gürcüstanda azərbaycanlılarla ermənilər arasında hansısa tədbirlər keçirilir. Öncələr Rusiyada belə görüşlərin keçirilməsində maraqlı idi. Amma artıq rəsmi Kremldə xalq diplomatiyasından imtina etdi.
Ali Əliyev
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53