Rusiyanın ən zəngin iş adamlarının sərvəti 2024-cü ilin əvvəlindən 28,431 milyard dollar artıb.
"Unikal" xəbər verir ki, bu barədə "Bloomberg Billionaires Index" nəşri məlumat yayıb.
Bildirilir ki, ilin əvvəlindən "Severstal"ın təsisçisi Aleksey Mordaşov 5,73 milyard dollar qazanıb, sərvəti 26,6 milyard dollara yüksəlib, Eurochem və SUEK-in həmtəsisçisi Andrey Melniçenkonun sərvəti isə 5,26 milyard dollar artıb. Eyni zamanda, “Lukoyl”un təsisçisi Vahid Ələkbərov 3,59 milyard dollar qazanıb, hazırda onun sərvəti 28,2 milyard dollardır.
Ən böyük itkiləri Rusiyanın ən böyük dəmir filizi istehsalçısı olan “Metalloinvest”in səhmdarı Əlişir Usmanovun sərvəti 5,51 milyard dollar azalaraq 15,6 milyard dollara düşüb.
Gülayə Mecid