İtaliyanın "Sampdoriya" klubu yeni transfer edib.
"Unikal" fanat.az-a istinadən xəbər verir ki, B Seriyası təmsilçisi 16 yaşlı Lorenzo Metsoteronu sıralarına cəlb edib.
"Neftçi" akademiyasının yetirməsi olan, Bakı klubunun aşağı yaş qrupları üzrə komandalarında adından söz etdirən italiyalı gənc bir neçə təklif alsa da, forma şansı qazana biləcəyi "Sampdoriya"nı seçib.
Xatırladaq ki, valideynləri ölkəmizi tərk etdiyi üçün 12 yaşında Bakıdan ayrılan Lorenzo daha sonra "Atalanta"nın strukturunda olub. O, ötən mövsümü "Barselona"nın "Marcet" akademiyasında keçirib.