"Qalatasaray" heyətini forvardla gücləndirir.
"Unikal" xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Bildirilir ki, "sarı-qırmızılar" "Napoli"nin nigeriyalı forvardı Viktor Osimheni 1 illik icarə əsasında heyətinə qatıb. Hücumçu bu axşam İstanbula gələcək.
"Qalatasaray"ın Viktor Osimhenin 9-10 milyon avro maaşını mövsümün sonuna qədər ödəməyə razı olduğu və satınalma variantının olmadığı qeyd edilib.
“Napoli”nin heyətində 133 rəsmi oyuna çıxan nigeriyalı hücumçu bu matçlarda 76 qol vurub və 18 məhsuldar ötürmə edib.