"MTN ermənilərin ən gizli işlərindən birinin üstünü açıb"
20:51 21-06-2013
İQTİSADİYYAT
"MTN ermənilərin ən gizli işlərindən birinin üstünü açıb"
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi ermənilərin ən gizli işlərindən birinin üstünü açdı. Bu barədə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Onun sözlərinə görə, MTN-in keçirdiyi əməliyyat Dağlıq Qarabağda narkoplantasiyanın mövcudluğunu və bu işdə İranın iştirakını sübut edir. Bu əməliyyat bir neçə aspektdən diqqətçəkəndir. Bu əməliyyat Dağlıq Qarabağda narkoplantasiyaların mövcudluğu, Dağlıq Qarabağ ərazisindən narkotiklərin saxlanc yeri kimi istifadə edilməsi ilə bağlı hədsiz çoxsaylı fikirləri sübut etdi. MTN Avropa coğrafiyasında narkoplantasiyaya qarşı mübarizə aparmaq iradəsini ortalığa qoydu:
"Ən iri narkoplantasiyalar Meksika, Kolumbiya, Əfqanıstanda olduğu hesab edildiyi halda, bəlli oldu ki, özlərini Avropaya sivil millət kimi təqdim edən ermənilər Dağlıq Qarabağda-Avropa coğrafiyasında narkotik plantasiyaları yaratmaqla məşğul imişlər. MTN-in əməliyyatı iranlılar və ermənilərin inam yaratmaq sahəsində cinayətkar işbirliyinə daxil olduqlarını sübut etdi. İranla Ermənistanın antiazərbaycan mahiyyətli əməkdaşlığı heç kimə sirr deyil. Lakin ermənilərdə vaxtaşırı İranın antiazərbaycançılığına şübhələr yaranır və onlar bu şübhəni aradan qaldırmağı tələb edirlər".
M.Əhmədoğlu bildirib ki, rəsmi Tehran həmin şübhələrə son qoymaq üçün ortalığa yeni variantlar, yeni modellər qoyur. Dağlıq Qarabağda narkoplantasiyaların salınması, məhsulun emalı və İran ərazisi vasitəsilə dünyaya çıxarılması da belə inam yaradan mexanizmlərdən biridir.
Politoloq deyib ki, MTN-in keçirdiyi əməliyyat ABŞ Dövlət katibi C.Kerrinin Ermənistanın xarici işlər naziri E.Nalbandyanla görüşü zamanı İranı Dağlıq Qarabağ tənzimlənməsində konstruktiv rola dəvət etməsi ilə eyni vaxtda düşdü. Bunun bir təsadüf də ola biləcəyini deyən M.Əhmədoğlu qeyd edib ki, MTN fəaliyyət sferasına, qapalı orqan olmasına görə bu uzlaşmanın təsadüfi və ya məqsədli addım olduğunu dəqiqləşdirmək mümkün deyil:
"Ehtimal ki, dünyanın ən iri dövlətinin xarici siyasət idarəsinin başçısının öz dövlətinin kəşfiyyat orqanlarının əldə etdiyi məlumatlar əsasında İranın Dağlıq Qarabağda oynadığı roldan xəbəri var imiş. Ona görə də MTN-in çox mühüm dövrdə çox mühüm missiya ilə məşğul olduğunu deməyə əsaslar yaranır. Hər halda MTN kifayət qədər peşəkar olmaqla yanaşı, təcrübəli strukturdur. Azərbaycan MTN-i uşaq oğurluğu, insan alveri, kibercinayətlər, qanunsuz silah dövriyyəsi və narkoticarətlə bağlı beş dövlətin ərazisində əməliyyat keçirib. MTN-in əməliyyat təcrübəsinin səthi tədqiqi göstərir ki, MTN Dağlıq Qarabağdakı plantasiyaların aşkarlanıb məhv olunması istiqamətində addımlarını davam etdirəcək. Ona görə də MTN hərbi birləşmələrinin təkbaşına və ya digər hərbi birləşmələrlə işğal olunmuş ərazilərimizdə genişmiqyaslı hərbi əməliyyatlar aparmasının şahidi ola bilərik".
Politoloq qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsində ABŞ-ın mövqeyinin obyektivləşməsində müəyyən qədər rolu olan səfir R.Morninqstarın bu əməliyyata laqeyd münasibət göstərməsi başa düşülən deyil. Onun sözlərinə görə, ABŞ Əfqanıstandan yüklərinin daşınmasında Azərbaycan ərazisinə böyük ümidlər bəsləyir. ABŞ-ın Əfqanıstandan yüklərinin daşınması təkcə iqtisadi rəqabət deyil, həm də geosiyasi və təhlükəsizlik məsələləridir. ABŞ Əfqanıstandan yüklərinin daşınmasının artırılması ilə bağlı qərar qəbul edərkən Azərbaycanın təkcə siyasi deyil, həm də müxtəlif strukturlarlı ilə, o cümlədən MTN rəhbərliyi ilə də danışıqlar aparıb. ABŞ-ın bu istiqamətdə müsbət qərar qəbul etməsi həm də MTN-nin fəaliyyətindən razılıq göstəricisidir: "Səfir Morninqstar kökü Dağlıq Qarabağa bağlanan narkotranzitin aşkarlanmasına şübhə yaratmaqla bu strukturun ümumi fəaliyyətinə şübhə yaradır. Bu isə yolverilməzdir. ABŞ şübhə edirsə, öz ekspertlərini, hərbçilərini işğal olunmuş ərazilərimizdə MTN-in keçirdiyi əməliyyatlara qoşa bilər".
Mehdi Əli
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53