İranın xarici işlər nazirinin müavini və Avrasiya məsələləri üzrə baş direktoru Tehranın regional sülh və sabitliyə dəstəyini və beynəlxalq səviyyədə tanınmış sərhədlər və geosiyasi status-kvonun hər hansı dəyişikliyinə qarşı olduğunu bildirib.

"Unikal" xəbər verir ki, bu barədə IRNA məlumat  yayıb.

Məlumata görə, Rusiyanın Tehrandakı səfiri Aleksey Dedov ilə bazar ertəsi axşam keçirilən görüşdə də xarici siyasət qrupunun sözçüsü Müctəba Dəmirçilu bildirib ki, regiondakı bütün ölkələrin maraqları və qanuni narahatlıqlarına diqqət yetirilməsinin zəruriliyi vurğulanıb.

Qafqazda baş verən hadisələrlə bağlı fikir mübadiləsi aparan hər iki diplomat, davamlı sülhün və regional əməkdaşlığın təminatçısı olan ölkələrin milli suverenliyinə, ərazi bütövlüyünə və qarşılıqlı maraqlarına hörmətlə yanaşdıqlarını qeyd ediblər.

Gülayə Mecid