"Qalatasaray"da çıxış edən Kərəm Aktürkoğlu Portuyqaliyanın "Benfika" komandasına transfer olub. 

"Unikal" xəbər verir ki, Türkiyə milli futbolçusunun transferi rəsmən açıqlanıb.

K.Aktürkoğlunun "Benfika"ya keçidindən əldə edəcəyi gəlir və razılaşmanın detalları da müəyyənləşib.

Portuqaliya klubunun transfer müqabilində "sarı-qırmızılılar"a 11 milyon avro transfer haqqı ödəyəcəyi bildirilib.

"Qalatasaray" futbolçunun transferindən 10% pay alacaq.

Qeyd edək ki, Kərəm Aktürkoğlu "Qalatasaray"da 179 oyun keçirib, futbolçu bu matçlarda 46 qol və 42 məhsuldar ötürmə edib.

Zərifə Nağıyeva