Braziliya Ali Məhkəməsinin kollegiyası ölkədə "X" sosial şəbəkəsinin dayandırılması qərarını dəstəkləyib.
"Unikal" xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
"Braziliyanın Ali Məhkəməsi əvvəllər "Twitter" kimi tanınan "X" sosial şəbəkəsinə qoyulan qadağanı qüvvədə saxlayıb", - məlumatda deyilir.
"X" sosial şəbəkəsi Braziliyada məhkəmənin təyin etdiyi müddət ərzində ölkədə yeni qanuni nümayəndə təyin edə bilmədiyi üçün qadağan edilib.
Bu, Ali Məhkəmənin hakimi Alejandro de Moraes və "X" sosial media sahibi İlon Mask arasında aprel ayında hakimin dezinformasiya yaydığı iddiası ilə onlarla hesabın bloklanmasına göstəriş verməsi ilə başlayan qarşıdurmada yeni bir fəsildir.
Gülayə Mecid