İrkutsk vilayətində radarlardan itən Mi-8 helikopteri sərt eniş edib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV-də məlumat qeyd olunub. 

Buryatiya rəhbəri Aleksey Tsydenov Telegram kanalında bildirib ki, helikopterdə ekipaj və həkimlər olub, onların hamı sağdır. 

O əlavə edib ki, axtarış-xilasetmə işləri təşkil olunub: "“Barquzin” aviaşirkətinin tibbi uçuşunu yerinə yetirən helikopter İrkutskdan 85 km aralıda sərt eniş edib. Təyyarədə həkimlər və ekipaj var, ekipaj əlaqə saxlayıb, hamı sağdır, iki nəfər yüngül xəsarət alıb, qalanları xəsarət almayıb". 

***12:04

Rusiyada daha bir Mi-8 helikopteri yoxa çıxıb. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV-də məlumat qeyd olunub. 

İrkutskdan havaya qalxan  Mi-8 helikopterlə Buryatiya ilə sərhəddə əlaqə kəsilib. 

Müstəntiqlər hadisənin baş vermə şəraitini müəyyənləşdirirlər. 

Təyyarənin göyərtəsində olan insanların sayı ilə bağlı məlumat dəqiqləşdirilir.

Xatırladaq ki, avqustun 31-də Kamçatkada göyərtəsində 22 nəfərin olduğu turist helikopteri (Mi-8) yoxa çıxmışdı. Onun qalıqları sentyabrın 1-də tapılıb. Qəzaya səbəb pilotun səhvi olub.

Ağarza Elçinoğlu