Mərkəzi Afrika ölkələrindən biri olan Konqoda həbsxanadan qaçmağa cəhd edən 129 nəfər ölüb.
"Unikal" xəbər verir ki, Konqo Daxili İşlər Naziri Jakmin Şabani yazılı açıqlamasında bir qrup məhbusun Kinşasadakı Makala həbsxanasından qaçmağa cəhd etdiyi barədə məlumatı paylaşıb.
Şabani, qaçış cəhdində 129 nəfərin həyatını itirdiyini bildirib. Onun sözlərinə görə, bu şəxslərdən 24-ü xəbərdarlıq atəşi nəticəsində, digərləri isə izdihamda həlak olub.
Beynəlxalq Amnistiya Təşkilatının məlumatına görə, Konqonun 1500 nəfərlik Makala həbsxanasında 12 mindən çox məhbus var.
Gülayə Mecid