Türkiyənin qərbində, İzmir vilayətində “Türkiyə Gənclik Birliyi” sağçı radikal hərəkata mənsub bir qrup gənc sentyabrın 2-də iki amerikalı hərbçiyə hücum edib.
"Unikal" xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
"Bazar ertəsi Türkiyənin qərbindəki İzmir liman şəhərində iki ABŞ hərbçisi Amerika əleyhinə gənclər qrupunun üzvləri tərəfindən fiziki hücuma məruz qalıb", - yerli hakimiyyət orqanları bildirib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hücumda şübhəli bilinən Türkiyə Gənclik Birliyinin (TGB) 15 üzvünü saxlayıb. Saxlanılanlar müxalif millətçi Vətən Partiyasının gənclər təşkilatının üzvləridir.
Gülayə Mecid