Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson ölkə hökumətini İsrailə bir sıra silahların tədarükü üçün lisenziyaları dayandırmaq qərarına görə tənqid edib.
"Unikal" xəbər verir ki, siyasətçi "X" sosial şəbəkəsindəki səhifəsində Londonun HƏMAS ilə münaqişədə İsraili tək buraxdığını yazıb.
Conson qeyd edib ki, İsrail 7 oktyabr 2023-cü il hadisələrinin təkrarlanmasının qarşısını almağa çalışır, HƏMAS isə girovları saxlamağa davam edir. O, Britaniya hakimiyyətinin yəhudi dövlətini niyə tərk etdiyini soruşub.
"Onlar HƏMAS-ın qalib gəlməsini istəyirlər?" - Conson qeyd edib.
Bundan əvvəl Britaniya hakimiyyəti bəzi silah növlərinin beynəlxalq hüquq normalarını pozaraq istifadə oluna biləcəyindən narahat olduğu üçün İsrailə ixracını dayandırmaq qərarına gəlib.
Gülayə Mecid