“Kəpəz” heyətinə yeni futbolçu cəlb edib.

Klubdan "Unikal"a verilən məlumata görə, Gəncə təmsilçisi Rauf Hüseynlinin keçidini rəsmiləşdirib. 24 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

Müdafiəçi mövqeyində çıxış edən oyunçunun son klubu "Qəbələ" olub.