“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən biri Ayaks” əsas oyunçusu olan Stiven Berqveyni satıb.
"Unikal" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayəb.
26 yaşlı yarımmüdafiəçi Səuddiyə Ərəbistanının “Əl İttihad” klubuna keçib. Bu transfer üçün "Ayaks"a 21 milyon avro ödəniləcək.
Berqveyn ötən mövsümdə Niderland çempionatında 24 oyunda 12 qol vurub, 4 məhsuldar ötürmə edib.
Qeyd edək ki, “Qarabağ” “Ayaks”la oktyabrın 24-də Bakıda qarşılaşacaq.