Türkiyənin “Fənərbağça” komandasının braziliyalı futbolçusu Luan Peres ölkəsinə qayıdıb.
"Unikal" xəbər verir ki, 31 yaşlı müdafiəçi “Santos”a keçib. Onunla 2027-ci ilin yayınadək müqavilə imzalanıb.
Futbolçu 2019-2021-ci illərdə də “Santos”da çıxış edib.
Qeyd edək ki, Luan Peres “Fənərbağça”ya 2022-ci ilin yayında Fransanın “Marsel” klubundan keçmişdi.