Rusiya prezidenti Vladimir Putin Monqolustanı tərk edərək vətəninə qayıdıb.
"Unikal" xəbər verir ki, bu barədə Kremlin "Telegram" kanalında məlumat verilib.
“Rusiya prezidentinin Monqolustana rəsmi səfəri başa çatıb”, - deyə məlumatda bildirilir.
Rusiya lideri Ulan-Batora bir gün əvvəl gedib. O, Monqolustan rəhbərliyinin nümayəndələri ilə görüşüb, Ulan-Batordan Vladivostoka gedir və orada Şərq İqtisadi Forumunda iştirak edib.
Qeyd edək ki, Ukrayna Monqolustandan BCM-nin tələbini yerinə yetirərək Putini həbs etməyi tələb etmişdi.