Azərbaycanı Sünik vasitəsilə Naxçıvanla birləşdirən yola nəzarətin özəl şirkətə verilməsi ilə bağlı yeni təfərrüatlar yoxdur.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan brifinqdə bildirib.
Diplomatın sözlərinə görə, yolun özəl şirkətə verilməsi məsələsi müzakirə olunub, lakin təfərrüatlar hələ məlum deyil: "Özəl şirkətin cəlb olunmasının mümkünlüyü barədə danışılıb, lakin hələlik təfərrüatlar yoxdur. Bunun “Sülhün kəsişməsi” layihəsi ilə heç bir əlaqəsi yoxdur, lakin bu, onun məntiqinin bir hissəsidir".
Ağarza Elçinoğlu