Venesuela hökumətinin ikinci təyyarəsi Dominikan Respublikasında saxlanılıb, təyyarəyə respublikanı tərk etmək qadağan edilib.
"Unikal" xəbər verir ki, bu barədə Dominikanın “Diario Libre” nəşri məlumat yayıb.
Təyyarənin ABŞ hakimiyyətinin tələbi ilə saxlanıldığı bildirilir. Təyyarə beynəlxalq hava limanında yerləşir və məhkəmə icazəsi olmadan hərəkət etməsi qadağandır.
Sentyabrın 2-də ABŞ Venesuela prezidenti Nikolas Maduronun təyyarəsini ələ keçirərək Floridaya aparıb. ABŞ Ədliyyə Nazirliyi təyyarənin ABŞ-nin sanksiyalar qanunlarını pozduğuna görə müsadirə edildiyini bildirib.