Ermənistan və Azərbaycan arasında danışıqlar davam edir.
"Unikal" xəbər verir ki, bu barədə tarix elmləri doktoru, Rusiya Elmlər Akademiyasının baş elmi işçisi Aleksandr Krılov açıqlayıb.
Onun sözlərinə görə, erməni tərəfi Azərbaycanla birbaşa ikitərəfli danışıqlar formatının ən effektiv olduğunu iddia edir: "Nəinki Rusiya, hətta Qərb də vasitəçi kimi lazım deyil. Görək, ikitərəfli formatda bu danışıqlar sonda hara aparacaq"
Politoloq həmçinin qeyd edib ki, Ermənistan tərəfi Azərbaycanın şərtlərini yerinə yetirməyənə qədər, Azərbaycan barışıq sazişini imzalamaqdan imtina edəcək: "Azərbaycan tərəfi sülh müqaviləsini imzalamazdan əvvəl bir neçə şərt irəli sürür, o cümlədən Ermənistan Konstitusiyasına düzəlişlər, referendumun keçirilməsini nəzərdə tutur. Bu referendumun nə dərəcədə uğurlu olacağı da bəlli deyil. Ona görə də burada demək olar ki, danışıqlar davam edir, lakin ləng templə. Nə qədər ki, Ermənistan tərəfi Azərbaycanın şərtlərini yerinə yetirməyəcək, Azərbaycan istənilən şərtlə barışıq sazişini imzalamaqdan imtina edəcək".
Ağarza Elçinoğlu