Bakıda insan orqanlarının və toxumalarının alqı-satqısı, qanunsuz donorluğu və transplantasiyası ilə məşğul olan mütəşəkkil dəstənin məhkəmə prosesi başlayır.
“Unikal”ın məlumatına görə, 4 nəfər dəstədən ibarət olan və Cinayət Məcəlləsinin 137.5.2-ci (İnsan orqanlarının və toxumalarının alqı-satqısı, qanunsuz donorluğu və transplantasiyası qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən Əliyev Əmrah Qalib oğlu, Məmmədova İradə Yaqub qızı, Şirinova Gülmira Arzu qızı və Əliyev Murad Firuz oğlunun məhkəmə prosesinə Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Pənahov sədrlik edəcək.
Məhkəmə prosesinin hazırlıq iclası sentyabrın 10-na təyin edilib.
Seymur Əli