"Abzas Media" işi çərçivəsində həbs edilən direktor Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı və Hafiz Babalının həbs müddəti uzadılıb. 

"Unikal" "Report"a istinadən xəbər verir ki, bu barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsində keçirilən iclasda qərar qəbul edilib.

Qərara əsasən, onların həbs müddəti daha üç ay uzadılıb.

Xatırladaq ki, H.Babalı, Ü.Həsənli və S.Vaqifqızı ötən il saxlanılıblar. Daha sonra barələrində həbs qətimkan tədbiri seçilib.

Onlar Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.