Fransanın hər yerində solçu partiyaların tərəfdarlarının kütləvi nümayişləri keçirilir.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, nümayişçilər Fransa prezidenti Emmanuel Makronun istefasını tələb edirlər.
Onlar solçu “Yeni Xalq Cəbhəsi” koalisiyasının namizədini baş nazir təyin etməkdən imtina etməsindən narazılıqlarını bildirirlər.
Artıq Nant, Le Man və Nitsada etiraz aksiyaları başlayıb. İştirakçılar Makronu “dövlət çevrilişində” və “seçkiləri oğurlamaqda” ittiham edirlər.
Partiyası seçkilərdə dördüncü yeri tutan sağ mərkəzi təmsilçi Mişel Barnierin baş nazir təyin edilməsi də hiddətə səbəb olub.
Ümumilikdə, Paris də daxil olmaqla bütün ölkə üzrə 150-yə qədər tədbir planlaşdırılır. Onlara siyasətçilər, fəallar və gənclər təşkilatları daxildir.
Ağarza Elçinoğlu