Əfqanıstanda hakimiyyətdə olan Taliban qüvvələri ilə Pakistan sərhədçiləri arasında gərginlik yaranıb.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, silahlı toqquşma Əfqanıstanın şərqində Xost vilayətindəki mübahisəli ərazidə baş verib.
Əraziyə qoşun hissələri və ağır texnika cəlb edilib. Ölən və yaralananlar barəsində məlumat yoxdur.