Milli Şurada mübahisə düşdü
21:31 22-06-2013
İQTİSADİYYAT
Milli Şurada mübahisə düşdü
Milli Şuranın keçirilən ilk sessiyasında təşkilatın strukturunun müəyyən edilməsi istiqamətində gərgin müzakirələr aparılıb. Modern.az-ın məlumatına görə, sessiyada Milli Şuranın komissiya və komitələrinin ilkin siyahıları hazırlanaraq təqdim edilib.
1. İqtisadiyyat komissiyası - Qubad İbadoğlu
2. Sosial Siyasət komissiyası - Eldar Əliyev
3. Din və Milli azlıqlarla iş üzrə komissiyası - Eldəniz Quliyev
4. Hüquq komissiyası - Vidadi Mirkamal
5. KİV-lə əlaqə və informasiya komissiyası - Rahim Hacıyev
6. İctimai əlaqələr komissiyası - Mehman Əliyev
7. Beynəlxalq əlaqələr komissiyası - Gültəkin Hacıbəyli
8. Elm və təhsil komissiyası - K.V. Nərimanoğlu
9. Mədəniyyət komissiyası - Rövşən Almuradlı
10. Konstitusiya islahatları komissiyası - Qulamhüseyn Əlibəyli
11. Seçki məsələləri üzrə komissiyası - Gülağa Aslanlı
12. Kütləvi tədbirlər (mitinq) komitəsi - AXCP, Müsavat
13. Ehtiyatda olan hərbçilər və hərbçilərin sosial müdafiəsi komissiyası - Yaşar Cəfərli
14. Ekologiya komissiyası - İlham Murtuzayev
15. Yerli özünü idarəetmə komissiyası - Bəybala Əbil
16. Etika komissiyası - Nürəddin Mustafayev
17. Keçid dövrü və vahid namizədin öhdəlikləri haqqında snədin hazırlanması üzrə işçi qrupu -
Ənnağa Hacıbəyli
Milli Şuranın üzvü Cəmil Həsənli bu siyahıya etiraz edib.
"Bu qədər komissiya ilə işləmək olmaz. Buna əlavə vaxt lazımdı. Komissiyaları birləşdirmək lazımdır. Milli Şuranı bu qədər komissiya ilə yükləmək olmaz".
AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı də öz etirazıçı bildirib. "Kütləvi təlimlər komitəsində yalnız AXCP-Müsavat olmalı deyil".
Milli Şura üzvü, keçmiş deputat Gültəkin Hacıbəyli komissiyların hazırlanmasına iradını bildirib:
"Bu qədər komissiyanın olmasına ehtiyac yoxdu. 5-6 komissiya olmaqla biz işimizə davam edə bilərik. Fəaliyyətimizi uğurlu qura bilərik. Gender bərabərliyi bu siyahıda pozulur. Gender bərabərliyinə diqqət yetirilməlidir. Digər xanımlar da bu siyahıda təmsil olunmalıdır. Çünki komissiyalarda tək xanım mənəm". Daha sonra Bakı və Kəndlər Birliyindən Hacı Əmrulla Dadaşzadə, Məşədi Vaqif Pənahov və tanınmış vəkil Yavər Hüseyn qurumun yeni üzvləri olublar.Nəticədə Milli Şura üzvlərinin sayı 131-ə çatıb.Amma buna ACP-in sədri Sülhəddin Əkbərdə öz növbəsində Milli Şuraya yeni üzvlərin qəbul edilməsini tənqid etdi və bildirdi ki, hərə 4-5 nəfəri gətirib bura salacaqsa biz buranı tərk edəcəyik. Sülhəddin Əkbərin bu fikrinə İsa Qəmbər sərt reaksiya verib. Daha sonra isə
keçmiş daxili işlər naziri İsgəndər Həmidov El hərəkatının sədri Eldar Namazova etirazını bildirib. Eks-nazir Qarabağ döyüşçülərinin Milli Şurada təmsil olunmamasına görə, Eldar Namazova iradlarını bildirib.
"Qarabağ döyüşçüləri Milli Şurada təmsil olunmur, çox azdır. Bəzi məsələlərdə sizdən səmimilik gözləyirəm".
Daha sonra Müsavat başqanı İsa Qəmbər Milli Şuranın say tərkibinin təsdiq edilməsi ilə bağlı çıxış edərək bunun səsə qoyulmasını bildirib.
İsgəndər Həmidov isə İsa Qənbərə cavab verib. "Belə deməklə özünüz-özünüzü inkar edirsiniz. Milli Şuranın say tərkibi əvvəlcədən elan olunub. İlkin qərar verilsə qanımın son damlasına qədər mübarizə aparmağa hazıram."
Fuad Əliyev
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53