Litvada təlim-məşq toplanışında olan "Sabah" basketbol komandası sonuncu yoxlama oyununu keçirib.

"Unikal" xəbər verir ki, Azərbaycan təmsilçisi Vilnüsdə son Litva çempionu "Ritas"la üz-üzə gəlib.

Qarşılaşma rəqibin qələbəsi ilə bitib - 87:84.

Qeyd edək ki, daha əvvəl Litvanın "Yonava" (68:97) və "Jalgiris" (62:94) klublarına uduzan "Sabah" Almaniya təmsilçisi "Rostock Seawolves"ə (72:71), Litvanın "Majeykyay" (76:57) və "Neptunas" (82:71) komandalarına qalib gəlib.