İndoneziyada bir qəbilənin qəribə ənənəsi eşidənləri heyrətə gətirib.
"Unikal" xəbər verir ki, "Torocanlar" qəbiləsinin ənənəsinə görə ölü ailə üzvlərini çıxararaq onlara yeni paltarlarla bəzəyir və onların cəsədləri ilə şəkil çəkdirirlər.
"Manene" və ya "Cəsəd Təmizləmə Mərasimi" olaraq bilinən bu ənənədə qəbilələr bir neçə ildən bir avqust ayının sonunda mumiyalanmış ölü qohumlarını ziyarət etmək üçün bir araya gəlirlər.
Onlar mərasimdə ölmüş əcdadlarını çıxarır, onları təmizləyir, onlara yeni paltarlar geyindirir, hətta onlara siqaret verərək nəsil və davamlılığı qeyd etmək üçün kəndin ətrafında yürüş edirlər.
Zərifə Nağıyeva