Ucarda yol-nəqliyyat hadisəsi olub, ana və iki az yaşlı övladı xəsarət alıb. 

"Unikal"ın məlumatına görə, hadisə rayon mərkəzində - Heydər Əliyev prospektində baş verib. Yol qəzası zamanı xəsarət alan 1994-cü il təvəllüdlü rayon sakini U.X.Hüseynova və yanında olan övladları - 2014-cü il təvəllüdlü Hüseynli Yusif Elxan oğlu, 2017-ci il təvəllüdlü qardaşı Hüseynli İbrahim Elxan oğlu qəzadan sonra öz evlərinə aparılmağa qərar veriblər. Daha sonra isə narahatlıqları səbəbindən həkim briqadasına müraciət etmək məcburiyyətində qalıblar. Onlar xəstəxanaya aparılıb. Faktla bağlı araşdırma aparlır.

Ehtiram Muradov
.