Fransadan “Hafka” haqqında şok iddia
19:28 25-06-2013
İQTİSADİYYAT
Fransadan “Hafka” haqqında şok iddia
1 milyardlıq sərvəti haqqında yazılanlar Hafiz Məmmədova başağrısı yarada bilər
Fransa mətbuatı Azərbaycanın tanınmış iş adamlarından Hafiz Məmmədov haqqında maraqlı iddia ilə çıxış edib. İddianın müəllifi isə yalnız Fransada deyil, Avropada əsas idman nəşrlərindən sayılan “Ekip”dir.
Xatırladaq ki, “Hafka” ləqəbi ilə tanınan Hafiz Məmmədov “Baglan Group” şirkətinin prezidenti olmaqla bərabər, Azərbaycan paytaxtını təmsil edən “Bakı” futbol klubunun da prezidentidir və onun adının Fransanın dünyada populyar idman nəşrində gündəmə gəlməsi də məhz bununla bağlıdır.
Bəs “Ekip” qəzeti Hafiz Məmmədov haqqında nə yazıb? Qəzetin iddiasına görə, “Lans” klubunun yaxın vaxtlarda azərbaycanlı iş adamının nəzarətinə keçəcəyi dəqiqləşib. Bu barədə Fransanın lensois.som portalı xəbər yayıb. Adıçəkilən portalın yazdığına görə, gələn ayın, yəni iyulun əvvəlindən “Lans” klubu bütünlüklə Hafiz Məmmədovun mülkiyyətinə keçəcək.
Portal bir maraqlı məqama da toxunub. Sən demə, Hafiz Məmmədov İngiltərə çempionatında bəzi klublarla maraqlanır. Onun Dumanlı Albiondan da hansısa klubu alacağı gözlənilir.
lensios.com Fransanın dünyaca ünlü “Ekip” jurnalına istinadən maraqlı bir məqama da aydınlıq gətirir.
“Ekip”in yazdığına görə, “Baglan Qrup”un prezidentinin varidatı 1 milyard avrodan çoxdur. Jurnal Hafiz Məmmədovu neft və qaz, habelə nəqliyyat sektorunda fəaliyyət göstərən uğurlu iş adamı kimi də təqdim edib.
Qeyd edək ki, Hafiz Məmmədovun maliyyə imkanları yetərincə genişdir. Amma onun sərvətinin 1 milyard avro kimi fantastik rəqəmlə ifadəsinə ilk dəfə rastlayırıq. Hər halda indiyədək hansısa yerli və ya xarici KİV-in “Bağlan Group” prezidentinin varidatının konkret hansı məbləğdə olduğu barədə konkret informasiya və ya iddia ilə çıxış etdiyini xatırlamırıq.
Bəziləri hesab edirlər ki, Hafiz Məmmədovun bu qədər sərvətinin olması Azərbaycan reallığında tamamilə mümkündür. Amma bir çoxları da 1 milyon avronu şişirdilmiş rəqəm hesab edirlər. Lakin əgər “Bağlan Group”un prezidenti hətta Avropanın aparıcı ölkələrindən birinin köklü bir klubunu almaq fikrinə düşübsə, ortada çox ciddi şişirtmə olduğunu düşünmək yersizdir.
Adının çəkilməsini istəməyən bir mənbə isə hesab edir ki, tanınmış iş adamının adının son vaxtlar çox tez-tez gündəmə gəlməsi, bunun da onun maddi gücünün xeyli böyüməsi ilə müşahidə edilməsi “Bağlan Group” prezidentini sonradan pis vəziyyətdə qoya bilər: “Hafiz Məmmədovun həddən artıq ön plana çıxması, onun sərvətinin artıq konkret rəqəmlərlə, həm də Avropa mətbuatında açıqlanması iş adamının hökumət içindəki rəqiblərini qıcıqlandırar, qısqandırarsa, bu, “Bağlan Group” prezidentinin bir müddət sonra hədəfə gəlməsinin əsasını qoyacaq. Təcrübədən məlumdur ki, hansısa imkanlı şəxslərin bəlli bir həddən sonra maddi və populyarlıq baxımından böyüməsi, güclənməsi heç vaxt xoş qarşılanmır. Buna nümunə olaraq ötən illərdə xeyli sayda tanınmış iş və vəzifə adamının sonradan, ən kiçik “ÇP” əsas gətirilərək “vurulmasını, sıradan çıxarılmasını göstərmək mümkündür”.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53