Moskvada casusluqda şübhəli bilinən Britaniya səfirliyinin altı əməkdaşı akkreditasiyadan məhrum edilib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin ( FSB ) mətbuat xidməti məlumat yayıb.

"Böyük Britaniyanın Moskvadakı səfirliyinin siyasi şöbəsinin altı əməkdaşının akkreditasiyası dayandırılıb, onların hərəkətlərində kəşfiyyat və təxribat izləri aşkar edilib", - deyə hüquq-mühafizə orqanının açıqlamasında bildirilir.

Qeyd olunur ki, bu qərarı Rusiya Xarici İşlər Nazirliyi FSB tərəfindən təqdim olunan sənədləri öyrəndikdən sonra, eləcə də Britaniya hakimiyyətinin “dost olmayan addımlarına” cavab olaraq qəbul edib.

Gülayə Mecid