Sentyabrın 11-də Yasamal rayonu ərazisində yerləşən bir obyektdən 11 ədəd noutbukun oğurlanması barədə polisə məlumat daxil olub.

"Unikal" DİN-ə istinadən xəbər verir ki, Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 22 yaşlı R.İbişov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.